BMT nüvə aliminin öldürülməsi ilə bağlı İranı təmkinli olmağa çağırdı


Birləşmiş Millətlər Təşkilatı, İran Müdafiə Nazirliyinin nəzdindəki bir araşdırma mərkəzinə rəhbərlik edən nüvə alimi Möhsün Fəxrizadənin öldürülməsindən sonra İranı təmkinli olmağa çağırıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, BMT iranlı nüvə aliminin öldürülməsi ilə bağlı açıqlama yayıb:
"İranlı nüvə fizikinin Tehran yaxınlığında öldürüldüyünə dair xəbərləri eşitdik. Təmkinli etməyə olmağa və bölgədəki gərginliyin artmasına səbəb ola biləcək hərəkətlərdən çəkinməyə çağırırıq"
Qeyd edək ki, dünən iranlı nüvə alimin Tehran vilayətinin Dəməvənd şəhəri yaxınlığında edilən sui-qəsd nəticəsində dünyasını dəyişib.
 
 
 

DİGƏR XƏBƏRLƏR

Top