ABŞ-da təyyarə qəzaya uğrayıb, ölənlər var

ABŞ-ın Vaşinqton ştatında yüngülmotorlu “Сessna” təyyarəsi qəzaya uğrayıb. TASS agentliyinin verdiyi xəbərə görə, insident ştatın şimal-qərb bölgəsində qeydə alınıb. Hadisə nəticəsində təyyarənin göyərtəsində olan 4 nəfər ölüb. Onların adları açıqlanmır. Təyyarənin naməlum səbəbdən meşəlik əraziyə düşdüyü bildirilir. Polis və ABŞ Federal Aviasiya İdarəsi (FAİ) faktla bağlı araşdırma aparır.APA

DİGƏR XƏBƏRLƏR

Top