Paşinyan Moskvaya getməyə hazırlaşır – 5 gün hazırlıq görüləcək


Nikol Paşinyan Ermənistan baş naziri aparatının protokol xidmətinin rəisi Eduard Harutyunyanın Ermənistan baş nazirinin səfərini hazırlamaq məqsədi ilə 30 noyabr - 4 dekabr tarixləri arasında Rusiya Federasiyasına (Moskva) göndəriləcəyi barədə qərar imzalayıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, qərarda həmçinin Ermənistan baş naziri ofisinin protokol xidmətinin rəhbərinin işgüzar səfərdən qayıtdıqdan sonra üç gün ərzində Rusiya Federasiyasına ezamiyyətin nəticələri barədə hesabatı baş nazir ofisinə təqdim etməsi də qeyd olunub.
 

DİGƏR XƏBƏRLƏR

Top