Ankara və Kiyev Ukrayna Silahlı Qüvvələrinə 5 il ərzində hər il 3 milyon dolların ayrılması barədə saziş imzalayıb. Bu barədə Ukraynanın Türkiyədəki səfirliyi məlumat yayıb. "Saziş 5 il ərzində hər il 3 milyon dolların ayrılmasını nəzərdə tutur. Türkiyə tərəfindən ayrılacaq vəsait Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün hərbi və ikili təyinatlı malların alınmasına sərf olunacaq", - deyə səfirliyin bəyanatında bildirilir.Report