Yunanıstanın Braziliyadakı səfirinin arvadı ərinin qətlini 25 min dollara təşkil edib

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridis həyat yoldaşı Fransuaza Amiridisin tapşırığı ilə polis əməkdaşı tərəfindən qətlə yetirilib. "Reuters" xəbər verir ki, bu barədə yerli istintaq idarəsinin bəyanatında bildirlir. Qeyd olunur ki, Amiridisin həyat yoldaşı, qadının 29 yaşlı polis sevgilisi və onun xalası oğlu saxlanılıb. Rio-de-Janeyro müstəntiqi Evaristo Pontes Maqalyaisin sözlərinə görə, xanım Amiridis cinayəti törədənlərdən birinə 25 min dollar vəd edib.Report

DİGƏR XƏBƏRLƏR

Top