Əsirlikdə olan Amin Musayevin YENİ FOTO-su yayıldı


Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun əsgəri Amin Musayev Şuşa şəhərini işğaldan azad edən zaman yaralanaraq ermənilər tərəfindən əsir götürülüb.
Yeniavaz.com
xəbər verir ki, Amin Musayevin əsir götürülməsilə bağlı video görüntünü “ANNA News” agentliyi yaymışdı.
Yayılan videoda Amin Musayevə rusiyalı jurnalistlərin ilkin tibbi yardım göstərdikdən sonra erməni əsgərlərə təhvil verdiyi görülür. Amin Musayevin sonrakı taleyi barədə isə bugünə kimi heç bir açıqlama verilməyib.
Bu gün “İnfoteka24.ru” saytında Amin Musayevə aid olduğu bildirilən foto paylaşılıb və qeyd olunub ki, o hazırda Ermənistandakı xəstəxanaların birində müalicə olunur.

DİGƏR XƏBƏRLƏR

Top