“Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla intensiv telefon əlaqəsindədir”.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, bu sözləri Rusiya liderinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Peskov bildirib ki, prezidentin bütün beynəlxalq telefon danışıqları barədə rəsmi hesabatlar verilir:
“Vladimir Putin özü də dəfələrlə qeyd edib ki, bütün bu müddət əzrində, Qarabağ məsələsinin nizamlanması prosesində Ermənistan və Azərbaycandan olan həmkarları ilə sıx telefon əlaqəsindədir”.
Xatırladaq ki, Ermənistan baş naziri Nikol Paşinyan feysbukda bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinə zəng etdiyini yazmışdı.