Putin Ərdoğana Yeni il müraciəti edib

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana ünvanladığı Yeni il müraciətində bildirib ki, Rusiya və Türkiyə əlaqələrin möhkəmlənməsi üçün səmərəli işi davam etdirəcək, beynəlxalq gündəlik üzrə qarşılıqlı əməkdaşlıq edəcəklər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Putin Türkiyə və Rusiya münasibətlərində mürəkkəb dövrdən sonra onların tədricən normallaşması prosesinə başlanılmasının mümkün olmasından, siyasi, iqtisadi, humanitar, elmi-texniki və digər sahələrdə əməkdaşlığın bütün kompleksinin bərpasından məmnundur. Bundan əlavə, Rusiya dövlətinin başçısı əmin olduğunu bildirib ki, əldə edilmiş nailiyyətlərə əsaslanaraq ölkələr ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün səmərəli işi davam etdirəcək, regional və beynəlxalq gündəlikdə duran aktual məsələlərin həllində iki ölkənin xalqlarının mənafelərinə uyğun olaraq Avrasiya materikində təhlükəsizlik və sabitliyin təminatı məcrasında fəal əməkdaşlıq edəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top