İsrailin paytaxtı Təl-Əvivdə yağan leysan yağışı həyatı iflic vəziyyətə salıb.
Yeniavaz.com “Sözcü”yə istinadən xəbər verir ki, sel səbəbilə 200 mülki şəxs evakuasiya edilib.
İsrail ordusunun Təl-Əvivdəki qərargahını su basdığı və rəqəmsal rabitə cihazlarının zədələndiyi ilə bağlı açıqlama verilib.
Mütəxəssislər anormal yağışların iqlim dəyişikliyinin nəticəsi olduğunu və adi hala gələ biləcəyini vurğulayıblar.
Qeyd edək ki, İsrail Meteorologoya İdarəsi yağışların həftənin sonuna qədər davam edəcəyini proqnozlaşdırıb.