Şəhid qardaşının qisasını Vətən müharibəsində alan qəhrəmanımız - VİDEO


Azərbaycan bayrağı ordenli Qubadlı igidi əfsanəvi Həsən Qorxmaz Qubadlı uğrunda gedən döyüşlərdə "qoxmazçılar" adını verdiyi dəstəsilə böyük qəhrəmanlıqlar göstərib, 1992-ci ildə şəhid olub.
Yeniavaz.com "Xəzər xəbər"ə istinadla xəbər verir ki, qardaşı polkovnik leytenant Faiq Qasımov isə Vətən müharibəsində şəhid olub. O həmçinin Lələtəpə uğrunda gedən döyüşlərdəki qəhrəmanlığına görə Azərbaycan bayrağı ordeninə də layiq görülüb.
Şəhidin bacısı Ruqiyyə Qasımova bildirib ki, nəsə olacağı barədə onun ürəyinə damıb.
Onu da qeyd edək ki, şəhid polkovnik işğaldan azad olunan torpaqlara ilk gedən hərbçilərimizdəndir. Oğlu deyir, biz şəhidi də, şahidliyi də yaxşı bilirik.

DİGƏR XƏBƏRLƏR

Top