Paşinyan bir saat ərzində iki dəfə Putinə zəng etdi

Ermənistan baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. 
Yeniavaz.com xəbər verir ki, bunu Paşinyanın özü feysbuk vasitəsilə bildirib. 
Onun sözlərinə görə, danışıqlar zamanı Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış əməliyyatları, əsirlərin və həlak olanların dəyişdirilməsi, sülhməramlıların yerləşdirilməsi, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması kimi məsələlər müzakirə edilib.
Paşinyan bu kimi müzakirələrin bəzən gündə bir neçə dəfə baş tutduğunu da qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top