Ermənistan MN: "Zod mədəninin taleyini "Rusiya və Azərbaycan hərbçiləri" həll edir"

 
Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı rəhbərinin birinci müavini Tiran Xaçatryan Zodla bağlı danışıqların artıq Azərbaycan və Rusiya hərbçiləri arasında davam etdiyini bildirib.
Yeniavaz.com erməni KİV-ə istinadən xəbər verir ki, Azərbaycan ordusu bölgədəki rus hərbçilərindən sözügedən ərazini tərk etmələrini tələb edib.
“Azərbaycan hərbçiləri rus postlarına buranı tərk etməli olduqlarını söyləyiblər. Rus hərbçilər bizimlə əlaqə saxladılar. Rusiya tərəfinə bildirdik ki, Azərbaycan tərəfinin belə tələbləri var. Sonra danışıqlar onlar arasında davam etdi. Bu danışıqların nəyə gətirib çıxaracağını və bundan sonra nə olacağını bilmirik. Ancaq hərbçilər bu ərazini tərk etdilər”, - T.Xaçatryan bildirib.
Mədənin bir hissəsinin Ermənistan, bir hissəsinin isə Azərbaycan ərazisinə düşdüyünü deyən Xaçatryan mədəni kim işlədəcək sualına "Bu hərbi sual deyil. Orada çalışanları şirkət xəbərdar etməli idi, ordu onlara işverən deyil", deyə cavab verib.

DİGƏR XƏBƏRLƏR

Top