Şəhid hesab olunan əsgərimiz SAĞ ÇIXDI

Şəhid hesab olunan əsgərimizdən şad xəbər var.

Yeniavaz.com Sonxeber.az-a istinadən xəbər verir ki, həmin əsgər əslən laçınlı olan Cümşüdlü Mehman Vüqar oğludur. O, Murovda ermənilərin müşahidə postunu dağıdıb, daha sonra Zəngilanda yaralansa da, 4 gün ac-susuz döyüşüb.

Onu hamı itkin, şəhid bilirdi. Amma 4 gün sonra məlum olub ki, qəhrəmanımız vuruşa-vuruşa özünü xilas edib və arxada qalan dostlarını axtarıb tapıb. Ermənilər tələyə salsa da, o, buradan çıxmağı bacarıb.

Böyük şücaət göstərən əsgərmiz hazırda sağalmaq üzrədir.

DİGƏR XƏBƏRLƏR

Top