Sinqapurda 16 nəfər Fransanın əleyhinə paylaşım etdi - departasiya olundu


Sinqapur hökuməti, 16 nəfəri sosial şəbəkədə Fransanın əleyhinə paylaşım etdiyi üçün ölkədən çıxarıb.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, ölkədən çıxarılanlardan 15-i banqladeşli, 1-i isə malaziyalıdır. Həmin şəxslərin inşaat işçisi olduqları bildirilib.
Sinqapur Daxili İşlər Nazirliyinin verdiyi açıqlamada, ölkədəki təhlükəsizlik qüvvələrinin sentyabr ayından etibarən hökumətin xüsusi təlimatı ilə yüksək hazırlıq vəziyyətinə gətirildiklərini bildirib. Nazirlik departasiya olunan şəxslərin öz paylaşımları ilə ölkədə ictimai asayişi pozduqlarını diqqətə çatdırıb. Bu tip paylaşım edən digər əcnəbilərlə bağlı axtarışların davam etdirildiyi açıqlanıb.
Qeyd edək ki, nazirlik yazıların məzmunu barədə hər hansı bir məlumat verməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top