İşğal altında olan Qarabağdakı separatçıların başçısı Arayik Harutyunyanın tərəfindən "Artsax qəhrəmanı” adı verilən David Lyova Qriqoryanın cəsədi tapılıb.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, Ermənistanın Armavir vilayətinin Sərdarapat kəndinin sakini olan Qriqoryan ilə vida mərasimi bu gün Sardarapat icmasının "Surb Astvatsatsin Kilsəsi"ndə keçiriləcək.