Ronaldoya 300 milyon avroluq təklif

Çin klubları indi də “Real”ın super ulduzu Kriştiano Ronaldoya elçi düşüb. Bu barədə portuqaliyalı hücumçunun agenti Jorje Mendeş məlumat verib. Onun sözlərinə görə, Çin klublarından biri Ronaldo üçün ispan klubuna 300 milyon avro, oyunçuya isə ilinə 100 milyon avro təklif edib. “Ancaq pul hər şey deyil. “Real” Ronaldonun həyatıdır”, - Mendeş deyib. Qeyd edək ki, Ronaldo “Real”la müqavilənin müddətini 2021-ci ilə qədər uzadıb.

DİGƏR XƏBƏRLƏR

Top