Nikol Paşinyanın atası: "Bu ölkədə oğlumdan daha..." – VİDEO


Ermənistanda sosial şəbəkə istifadəçiləri 2 il əvvəl baş nazir Nikol Paşinyanın atası Vova Paşinyanın  Rusiya mətbuatına verdiyi açıqlmanı paylaşaraq yazırlar ki, “atan sənin haqqında daha doğru düşünürmüş”.
Yeniavaz.com xəbər verir ki, 2018-ci ilin aprel ayında Ermənistanda hakimiyyətə qarşı keçirilən kütləvi etiraz aksiyalarında Nikol Paşinyanın atası Vova Paşinyan və ögey anası Erdjanik Çebruçan da iştirak edib.
Etiraz aksiyasını işıqlandıran Rusiyanın RBK kanalı Nikol Paşinyanın atasına “ Əgər sizin oğlunuz parlamentə, respublika prezidentliyinə namizədliyini vermək qərarına gəlsə, bir ata kimi nə məsləhət görərdiniz?” sualı ilə müraciət edib.
Nikol Paşinyanın atası isə “Ata kimi məsləhət görərdim ki, daha ağıllı, daha müdürik namizədlər var. Qoy onlar irəli sürsünlər. Mən belə düşünürəm ki, bizim xalqın arasında çox ağıllı, təhsilli insanlar var. Xalq kimi seçəcəksə, qoy o da olsun”, - deyə cavab verib.
Ermənistanda sosial şəbəkə istifadəçiləri bu videonu paylaşaraq “Atan haqlıdır, Ermənistanda səndən daha ağıllı və müdürik insanlar var, qoy onlar hərəkət etsin”, yorumunu yazırlar.

DİGƏR XƏBƏRLƏR

Top