Merkel COVID-19 vaksininin ölkəyə gətiriləcəyi vaxtı açıqlayıb


Kansler Angela Merkel Almaniyaya gətiriləcək koronavirus peyvəndinin vaxtını açıqlayıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, kansler bu haqda parlamentdəki çıxışı vaxtı məlumat verib. Merkel bildirib ki, peyvənd yeni ildən əvvəl onların əlində ola bilər.
Kansler, Almaniyada koronavirusun yayılmasını yavaşlatmaq üçün hazırlanmış məhdudlaşdırıcı tədbirlərin ən azı dekabrın sonuna qədər həyata keçirilməli olduğunu qeyd edib. Peyvəndlərin vurulması prosesindən danışan Merkel, Yeni il ərəfəsinə işarə edib.
Qeyd edək ki, Almanyada ümumilikdə 979 min 666 nəfərdə yoluxma halı qeydə alınıb, 15 min 288 nəfər isə dünyasını dəyişib.

DİGƏR XƏBƏRLƏR

Top