Lukaşenko Qarabağ məsələsində əldə olunan bəyanatdan danışdı


Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan-Rusiya-Ermənistan arasında əldə olunan bəyanatdan danışdı.
Yeniavaz.com
“BelTA”ya istinadla xəbər verir ki, Lukaşenko Rusiya Xarici İşlər naziri Sergey Lavrovla görüşündə Qarabağda əldə olunan bəyanatdan danışıb:
"Mən sizi Qafqazda əldə olunan razılıq münasibətilə təbrik etmək istərdim. Mükəmməl bir iş görmüsünüz. Tənqidlərin olacağı aydındır. Ancaq böyük ölçüdə Rusiya sayəsində bu qan tökülməsinin dayandırılması, Qafqazda vəziyyətin normallaşması istiqamətində hələ başlanğıc mərhələsində olmasına baxmayaraq, çox müsbət və yaxşı bir haldır”.

DİGƏR XƏBƏRLƏR

Top