“Laçın koridoru”nun keçdiyi Laçın şəhərinə kim nəzarət edəcək? – Ermənilərdən açıqlama


"Dekabr ayının 1-nə kimi “Laçın koridoru”nun keçdiyi Laçın şəhəri Azərbaycana təhvil veriləcək".
Yeniavaz.com xəbər verir ki, bunu işğal edilən Laçın rayonu ərazisində yaradılan qondarma “rayon bələdiyyəsi” adlanan qurumun rəhbəri Narek Alexanyan “İravunk” qəzetinə verdiyi açıqlmada bildirib.
Narek Alexanyan deyib ki, müharibədən əvvəl Laçın şəhərində 1700 nəfər qeydiyyatdan keçən şəxs yaşayıb: “Müharibə başlayan zaman onlar şəhəri tərk etmişdilər. Sonradan onların bir hissəsi geri qayıdıb. Rəhbərliklə danışdım və bildirdilər ki, ayın 1-nə kimi şəhəri boşaltmaq lazımdır”.
"5 gün ərzində ailəmi harada yerləşdirəcəyimi bilmirəm", - deyən qondarma bələdiyyənin başçısı deyib ki, ailəsini yerləşdirmək üçün müzakirə aparır. 

DİGƏR XƏBƏRLƏR

Top