Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - VİDEOŞƏRH


Bir neçə gün öncə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 
Sərəncamla, ümumi uzunluğu 45 kilometr olan Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan “Azərbaycan Dəmir Yolları” QSC-yə ilkin olaraq 5 milyon manat ayrılıb. 
Bəs Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi ilə bölgənin nəqliyyat infrastrukturunun bərpası işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatının canlanmasına necə təsir göstərəcək? 
Yeniavaz.com "Mediapost"​a istinadən xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov və turizm sahəsi üzrə ekspert Ruslan Quliyev sözügedən məsələni şərh edib.
Daha ətraflı videoda:

DİGƏR XƏBƏRLƏR

Top