Türkiyə XİN Fransa Senatının qəbul etdiyi qətnaməni pislədi


Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı qəbul etdiyi 145 nömrəli qətnaməsi ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com
xəbər verir ki, bəyanatın surəti Türkiyə Xarici İşlər Nazirliyinin tvitter səhifəsində yerləşdirilib.
Bəyanatda göstərilib ki, Fransa Senatının ötən gün qəbul etdiyi qətnamə beynəxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır.
Qətnamədə Türkiyəyə aid edilən iddialar tamamilə rədd edilib:
“Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə nə üçün həll yolu tapmadığının və necə tərəfkeşlik etdiyinin açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın döyüş meydanında əldə etdiyi nəticə BMT qətnamələrinə söykənir. BMT-nin müvafiq qətnamələri ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxmasını tələb edir. Vəziyyət belə olduğu halda Fransa Senatının Azərbaycana işğaldan azad etdiyi öz torpaqlarından çəkilməsi çağırışını etməsi ciddiyə alınmayacaq qədər gülünc, tərəfkeş və həqiqətlərdən uzaq bir anlayışın təzahürüdür. Bu qərar Fransanın münaqişənin həllinə həqiqi mənada töhfə vermək imkanını da məhdudlaşdırır”.
 

DİGƏR XƏBƏRLƏR

Top