2016-cı ilin dekabrın 1-nə maliyyə institutları istisna olmaqla müştərilər tərəfindən banklara yerləşdirilən depozitlərin həcmi 16 890 mln. manat təşkil edib. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı məlumata görə, oktyabrla müqayisədə noyabrda depozit portfelinin həcmi 48,8 mln. manat və 0,29% artıb. Sentyabrla müqayisədə oktyabrda depozit portfeli 84,3 mln. manat və ya 0,5% azalıb. Bu ilin dekabrın 1-nə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 583,8 mln. manat təşkil edib. Sentyabr ayı ilə müqayisədə oktyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlər 398,4 mln. manat və ya 5,11% azalıb. Amma oktyabrla müqayisədə noyabrda əhalinin banklara yerləşdirdiyi əmanətlərin məbləği 187,8 mln. manat və ya 2,54% artıb.