Baş Dövlət Yol Polisi İdarəsində Kamran Əliyevin yerinə TƏYİNAT


Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat olub. 
Yeniavaz.com
APA-ya istinadla xəbər verir ki, müvafiq əmrlə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Namidan Piriyev təyin edilib.
Faktı BDYPİ-dən təsdiqləyiblər.
Qeyd edək ki, N. Piriyev adıçəkilən şöbənin inspektoru vəzifəsində çalışıb.
Xatırladaq ki, bir müddət əvvəl BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi Kamran Əliyev İdarə rəisinin müavini və Qeydiyyat, İmtahan İdarəsinin rəisi vəzifələrinə təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top