Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında çıxışı vaxtı Qarabağın işğaldan azad olunması məsələsinə toxunub.
Yeniavaz.com xəbər verir ki, onun çıxışı tviter səhifəsində canlı yayımlanıb. Türkiyə prezidenti öz çıxışı vaxtı Dağlıq Qarabağda 30 ildir hökm sürən haqsızlığın sona çatdığını bildirib:
“Putinlə danışıqlar zamanı bölgədə sülhün hakim olması üçün addımlar atdıq. Türkiyə, Azərbaycan və Rusiya bölgədə sülhün təminatı olacaq. Təxminən 30 il gecikmə ilə olsa da haqq yerini tapdı, Qarabağda Azərbaycan bayrağı dalğalanır.