"Özünüzdən və pulunuzdan muğayat olun"

Azərbaycanda sığorta sektorunda problem yaşanır. "Yeniavaz.com" xəbər verir ki, bu barədə bank sahəsi üzrə ekspert Əkrəm Həsənov bildirib: "Beynəlxalq Bankın sədrinin çıxarılmasından sonra dekabrın 9-da bildirmişdim: "Baş verənlərdən sonra ölkənin ən iri bankı olan "Beynəlxalq Bank"ın özəlləşdirilməsi sürətlənəcək. Bu bankın möhətəşəm tarixi arxada qaldı..." Bu banka məxsus olan sığorta şirkətinin bağlanması dediyimin təsdiqidir. Cəmi iki il bundan əvvəl çoxları belə deyirdi: "Siz nə danışırsız, devalvasiya ola bilməz! Hökumət imicini qorumaq üçün buna imkan verməz!". Bir il əvvəl isə belə deyirdilər: "Əlbəttə, bank sisteminə etibar azalıb. Amma "Beynəlxalq Bank"a etimad etmək olar, çünki dövlət həmişə onun arxasında duracaq!" İndi də çox şey deyənlər, vəd və ümid verənlər var. Özünüzdən və pulunuzdan muğayat olun".

Qeyd edək ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 29 dekabr 2016-cı il tarixli qərarına əsasən “Buta Sığorta”, “Beynəlxalq Sığorta Şirkəti” və “Azərqarant Sığorta” ASC-lərə sığorta fəaliyyətinə verilmiş lisenziyaları sığortaçıların müraciətinə əsasən ləğv edilib.

Nicat

DİGƏR XƏBƏRLƏR

Top