Şumaxer müalicəsinə 14 milyon avro xərcləyib

Almaniyanın “Formula 1” yarışları üzrə məşhur pilotu Mixael Şumaxerin tibbi hesabı 14 milyon avro həddinə yaxınlaşır.”Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, həftəlik müalicə kursu M. Şumaxerə 115 min avroya başa gəlir. Pilot üç il ərzində sağlamlığının bərpasına 13,8 milyon avro xərcləyib. Xatırladaq ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizək trasında ciddi kəllə-beyin travması almışdı. O, 2014-cü ilin sentyabrından İsveçrədəki villasında bərpa prosesi keçirir. M. Şumaxer 7 qat dünya çempionudur.

DİGƏR XƏBƏRLƏR

Top