Rusiya tərəfindən koronavirus əleyhinə istehsal olunmuş “Sputnik V” peyvəndinin qiyməti açıqlanıb.
Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, 22 mindən çox könüllüyə tətbiq olunan “Sputnik-V” vaksininin qiymətinin 20 dollardan (34 AZN) aşağı olacağı qeyd olunub.
Qeyd edək ki, peyvəndin effektivliyinin 95 faizə qədər artdığı vurğulanıb. Rusiyada Qamaleya İnstitutu tərəfindən hazırlanan, 1-ci dozadan sonra 2 dozada tətbiq olunan “Sputnik-V” peyvəndi öz təsir gücünü 42 gün sonra göstərdiyi açıqlanıb.