Ermənistan hərbi polisi: Bir çox döyüş iştirakçısı silahlarını təslim etmədi


Ermənistanda 27 sentyabrda Dağlıq Qarabağda başlayan döyüş əməliyyatları ilə əlaqədar elan edilmiş hərbi vəziyyət şərtləri daxilində bir çox vətəndaş müəyyən olunmuş qaydada silah və sursat alıb cəbhəyə gedib.

Ölkənin Müdafiə Nazirliyinin hərbi polisi bildirib ki, Ermənistan, Azərbaycan və Rusiya arasında üçtərəfli bəyannamə əsasında elan edilən atəşkəsdən sonra çoxları döyüş meydanından qayıtdı, lakin yenə də aldıqları silahları təslim etmədi:

"Müdafiə Nazirliyinin Hərbi Polisi xidmətə çağırılan vətəndaşları müharibə zamanı əldə etdiyi silah və sursatları könüllü olaraq təhvil verməyə yenidən çağırır".//Trend

DİGƏR XƏBƏRLƏR

Top