Dünyada koronavirusdan ölənlərin sayı 1 milyon 400 mini ötdü


Dünyada yeni növ koroanvirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com
“worldometers”ə istinadla xəbər verir ki, dünyada COVİD-19-dan ölənlərin sayı 1 milyon 405 min 827-yə, yoluxanların sayı isə 59 milyon 734 min 991-ə çatıb. 41 milyon 326 min 117 nəfər isə bu müalicə alaraq sağalıb.
Qeyd edək ki, dünya ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk sırada ABŞ dayanır. Həmin ölkədə bu günə qədər 12 milyon 786 min 174 nəfər koronavirusa yoluxub, 263 min 899 nəfər isə ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top