İspaniyada sərnişin təyyarəsi yandı - VİDEO


İspanyada təmirə dayanmış “Boenig  747” təyyarəsi alovlanıb.
Yeniavaz.com “İHA”ya istinadən xəbər verir ki, hadisə İspaniyanın Valensiya şəhərində baş verib. Alov qısa müddət ərzində yanğınsöndürmə qrupları tərəfindən söndürülüb. Hadisə nəticəsində ölən və ya yaralananların olmadığı bildirilib.
Təyyarənin yanması ilə əlaqədar “British Airways” şirkəti də açıqlama verib. Şirkət sözügedən təyyarənin artıq onlara məxsus olmadığını deyib.
“Boeing 747” təyyarəsinin fəaliyyətinin dayandırıldığı, təmir işlərinin də yeni sahibləri tərəfindən aparıldığı diqqətə çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top