Roma papası ilk dəfə Uyğur türklərinə edilən zülmü gündəmə gətirdi


Roma papası Françiz ilk dəfə Çində yaşayan müsəlman Uyğur türklərinin vəziyyəti barədə danışıb.
Yeniavaz.com
“Sözcü”yə istinadən xəbər verir ki, papa, uyğurları təqib olunan xalqlar sırasına daxil edib.
Françisin uyğularla bağlı dediyi sözlər ingilis jurnalist Aqustin İvereclə müsahibələrindən ibarət “Xəyal edək: Daha yaxşı gələcəyə gedən yol” adlı kitabında yer alıb.
Qeyd edək ki, Françisin bu sözlərinə qarşı Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Litsiandan cavab gəlib. O bildirib ki, Çində azsaylı xalqların qanunlara uyğun olaraq haqları qorunmaqdadır.
 
 

DİGƏR XƏBƏRLƏR

Top