Ermənilərin sonuncu qrupu da Kəlbəcəri tərk etdi – VİDEO


Tanınmış amerikalı müstəqil jurnalist Patrik Lankaster Kəlbəcər rayonundan videoreportaj hazırlayıb.
Yeniavaz.com
xəbər verir ki, jurnalist hazırladığı videoreportajda sonuncu erməni qrupunun da Kəlbəcəri tərk etdiyini bildirir. Ermənilərlə isə jurnalistə verdikləri müsahibədə Ermənistanda kimin qohumu varsa ora getdiyini, digərlərinin isə hara getdiklərinin belə dəqiq bilinmədiyini deyirlər.
Qeyd edək ki, Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonu sabah-noyabrın 25-də tamamilə boşaldılaraq Azərbaycana təhvil veriləcək.
 

 

DİGƏR XƏBƏRLƏR

Top