Ukrayna Rusiyanı Beynəlxalq məhkəməyə verməyə hazırlaşır

Ukrayna Rusiyanı iki ölkə arasında imzalanan və mövcud sərhədlərin tanınmasını nəzərdə tutan Dostluq, əməkdaşlıq və tərəfdaşlıq barədə anlaşmanı pozmaqda günahlandırır. "Yeniavaz.com"un RİA Novostiyə istinadən verdiyi məlumata görə, Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında anlaşmanı pozduğuna görə Rusiya əleyhinə Beynəlxalq məhkəmədə iddia qaldırılacağını söyləyib. Vadim Pristayko: "Ukrayna ilə Rusiya arasında Dostluq, əməkdaşlıq və tərəfdaşlıq barədə anlaşma mövcuddur. Bu anlaşmada qeyd edilib ki, Rusiya Ukraynanın ərazi bütövlüyünə hörmət edir və mövcud sərhədlərin dəyişdirilməsinin əleyhinədir. Biz bu müddəanı nəzəra alaraq il ərzində Rusiyaya qarşı iddia qaldırmaq üçün hazırlıq apardıq. Ona görə bu əsasda da Rusiyaya qarşı Beynəlxalq məhkəmədə iddia qaldıracağıq",-deyib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında Dostluq, əməkdaşlıq və tərəfdaşlıq barədə anlaşma1997-ci il may ayının 31-də imzalanıb. 10 il müddətinə imzalanan bu anlaşma 2008-ci ildə avtomatik olaraq daha 10 il uzadılıb.

DİGƏR XƏBƏRLƏR

Top