Peskov: “Putin ancaq bu halda koronavirusa qarşı peyvənddən istifadə edə bilər”


Kreml sözçüsü Dmitri Peskov prezident Vladimir Putinin koronavirus peyvəndlərindən hələlik istifadə edə bilməyəcəyini vurğulayıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Prezidenti Vladimir Putin, dövlət başçısı olaraq testlərinin bitməsini gözləmədən koronavirusa qarşı vaksindən könüllü olaraq istifadə edə bilməz:
"Hələ də geniş şəkildə peyvəndləmə prosesinə başlamamışıq. Prezident ancaq, sertifikatlaşdırılmış peyvənddən istifadə edə bilər. Bütün prosedurlar bitdikdən sonra lazım olduğu təqdirdə bu barədə məlumat veriləcək”.

DİGƏR XƏBƏRLƏR

Top