“Fərat qalxanı” əməliyyatında öldürülən terrorçuların sayı açıqlandı

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı “Fərat qalxanı” hərbi əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçu sayını açıqlayıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu günədək əməliyyatlarda İŞİD terror qruplaşmasının 1294 üzvü zərərsizləşdirilib. Bunun 1171-i öldürülüb, 117-si yaralanıb və 6-sı tutulub. Bundan başqa, əməliyat çərçivəsində PKK/PYD terror təşkilatının 306 silahlısı neytrallaşdırılıb. Bunun 291-i öldürülüb, 4-ü yaralanıb və 11-i təslim olub. Bundan başqa, 883 hədəfə 965 bomba atılıb, aşkarlanan 2392 ədəd əldəqayırma partlayıcı və 42 mina zərərsizləşdirilib. Qeyd edək ki, Türkiyə ordusu “Fərat qalxanı” əməliyyatına avqustun 24-də başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top