Mal-qara oğurlayan Mingəçevir sakini saxlanılıb


Mingəçevirdən oğurladığı mal-qaranı Ağcabədidə satarkən tutulub.
Yeniavaz.com
xəbər verir ki, Mingəçevir polisinin keçirdiyi  əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Səbuhi Əlişov və  Ağcabədi rayon sakini Etibar Quliyev iş başında ələ keçib. Onlar 3 baş iribuynuzlu heyvanı oğurlayıb satarkən saxlanılıblar. Saxlanılan şəxs Səbuhi Əlişov deyir ki, qapını daşla qıraraq inəkləri oğurlayıb:
“Qoydum maşına apardım Ağcabədiyə orda satdığım yerdə polis əməkdaşları gəldi yaxaladı”.
Faktla bağlı araşdırmlar davam etdirilir. Saxlanılan şəxslərinin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.
Esmira Hidayətova, Mingəçevir
 
 

DİGƏR XƏBƏRLƏR

Top