Təhsil Nazirliyi 2 milyon 999 min 999 manat 99 qəpiklik idman inventarı alır - FOTOFAKT


Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, tender müsbiqəsinin qalibi “St-Mark” MMC olub.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi idman inventarının satın alınması üçün “St-Mark” MMC-yə 2 milyon 999 min 999 manat 99 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “St-Mark” MMC 17.09.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Xətai rayonu, Xocalı, ev 55-də (AGA Center) yerləşən MMC-nin qanuni təmsilçisi İsmayılov Fəxran Məmmədhüseyn  oğludur.
Onu da bildirək ki, İsmayılov Fəxran Məmmədhüseyn oğlu 2016-cı ilin noyabr ayında daha 2 şirkəti dövlət qeydiyyatından keçirib. Nizami rayonu, Qara Qarayev pr.-də qeydiyyatda olan “Fərxan” MMC 18.11.2016-cı il, Nizami rayonu, Əli Əliyev, ev 5, m. 31-də qeydiyyatda olan “Veles” MMC isə 29.11.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb.

DİGƏR XƏBƏRLƏR

Top