Səfir: "Rəsmi hissədən sonra Heydər Əliyev Köçəryana dedi ki..." - FOTO


Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev Molla Pənah Vaqifin Şuşadakı məqbərəsi haqqında maraqlı faktı açıqlayıb.

Səfir hər il Şuşada ənənəvi Vaqif poeziya günlərinin keçirildiyini xatırladıb:

“Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri Heydər Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu”.

V.Quliyev qeyd edib ki, 2001-ci ildə Strasburqda ulu öndər Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət olub:

- Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

- Ümidvaram ki, bu işdə sənin əlin olmayıb...

- Nə danışırsınız, Heydər Əliyeviç...

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu. Erməni heyəti aralanandan sonra mərhum prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”, - dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq..."

DİGƏR XƏBƏRLƏR

Top