"Birinci sağ ayağım minaya düşdü, o partlayış atdı məni ikinci minanın üstünə" - Qazi Polad Rzayev - VİDEO


"Oktyabrın 19-da Qubadlının Dağtumas kəndində düşmənə növbəti hücumu icra edərkən, düşmənin pərakəndə şəkildə qurduğu piyada əleyhinə minaya düşdüm. Birinci sağ ayağım düşdü, o partlayış atdı məni ikinci minanın üstünə, o minanın da partlayışı atdı məni dərənin dibinə".

Yeniavaz.com “İctimai” televiziyaya istinadən xəbər verir ki, Polad Rzayev şəhid oğludur. Üç yaşında olarkən atası Tofiq Rzayevi Birinci Qarabağ müharibəsində itirib. 13 yaşından hərbi təhsil almağa başlayıb. 9 ildir ki, Xüsusi Təyinatlı Qüvvələrdə zabiti olaraq xidmət edir.  Vətən müharibəsində Murovdağ yüksəkliklərinin alınmasından başlamış, ta Qubadlıya qədər döyüş yolu keçib. Oktyabrın 19-da Qubadlının Dağtumas kəndində piyada əleyhinə minaya düşüb, iki ayağını da topuqdan itirib.

DİGƏR XƏBƏRLƏR

Top