Lerikdə maşın dərəyə aşdı, sürücü öldü


Lerik rayonunda yol qəzası baş verib.
Hadisə Piran kəndindən qışlaq yoluna qalxan hissədə qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Alar kənd sakini, 1970-ci il təvəllüdlü Davud Alıxan oğlu Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək təxminən 90 metr hündürlükdən aşağı dərəyə yuvarlanıb.
Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib.
Mərhumun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Hadisəyə hava şəraitinin yağıntılı olması ilkin səbəb kimi göstərilir.
Faktla bağlı araşdırma aparılır.(report)

DİGƏR XƏBƏRLƏR

Top