Ermənilər Rusiyadan sonra ən çox bu dövlətlərə etibar edirlər - SİYAHI


Məlum olduğu kimi, 9 noyabr tarixində Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev 10 noyabr saat 01:00-da Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması və rus sülhməramlılarının münaqişə bölgəsinə daxil olması barədə ortaq bəyanat imzaladılar.
Yeniavaz.com
 xəbər verir ki, imzalanan üçtərəfli bəyanat Ermənistanda insanlar tərəfindaən etirazla qarşılanıb. Belə bir bəyanatı imzaladığı üçün Ermənistanda Nikol Paşinyana qarşı kütləvi etiraz aksiyaları keçirilir.  Bəyanatın imzalandığı gün bir qrup şəxs hökumət və parlament binasına, həmçinin Nikol Paşinyanın evinə daxil olaraq dağıntılar törədiblər.
Rusiyanın aparıcı xəbər agentliklərindən olan “Sputnik” bəyanatı imzalyan tərəflərdən biri kimi Rusiyaya olan münasibətini öyrənmək üçün Ermənistan əhalisi arasında sorğu keçirib.
Sorğuda iştirak edən respondentlərin böyük əksəriyyəti (83,8%) Rusiyaya yaxşı münasibət bəslədiklərini bildiriblər. Sorğu iştirakçılarının 9,4%-i Rusiyaya mənfi münasibət bəslədiyini deyib.  
Respondentlərin 84,6% -i Rusiyanı Ermənistanın əsas müttəfiqi hesab edib.
Bundan başqa sorğu iştirakçıları Ermənistana dost olan ölkələrin sıralamasında sonrakı yerlərdə Fransa, İran və ABŞ-ın durduğunu bildiriblər.
“Sputnik” agentliyi sorğu iştirakçılarına “Hansı ölkədən hərbi yardım almaq istəyərdiniz?” sualı ilə müraciət edib. Bu sualı cavablandıranların 79,6%-ı Rusiyadan hərbi yardım almaq istədiklərini bildiriblər. Rusiyadan sonra Ermənistan əhalisinin hərbi yardım almaq istədiyi ölkələrin sıralamasında Fransa, İran, ABŞ və Almaniya yer alıb.

DİGƏR XƏBƏRLƏR

Top