
Çinli professor ölkəsində istifadə edilən yeni nəsil təhlükəli silah barəsində danışıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, professor Yin Canronq avqust ayında Çinlə Hindistan arasında baş verən gərginlikdə mikrodalğa silahından istifadə edildiyini açıqlayıb. Silahın xüsusiyyətləri barədə məlumat verən Yin Canronq bildirib ki, həmin silah insan bədənində ağır yanıqlara səbəb olur:
“Yüksək tezlikli elektromaqnit zərbələr endirərək insan bədənini isidir, yanıqlara və ağrıya səbəb olur. Bu silah Hindistanla baş verən qarşıdurma zamanı istifadə edildi, hindli əsgərlər diri-diri bişdilər”.
Professor daha sonra bildirdi ki, hazırda Çində mikrodalğa silahı üzərində araşdırmalar aparılır.
Qeyd edək ki, Hindistan Çinin bu iddiasını yalanlayıb.