Erməni biznesmen: “Bizə ordumuz barəsində nağıllar danışırdılar” - VİDEO


Erməni biznesmen və könüllü döyüşçü Vaqan Kerobyan məğlubiyyətləri barədə xarici mətbuata müsahibə verib.
Yeniavaz.com
xəbər verir ki, “Əl Cəzirə” telekanalına müsahibə verən erməni biznesmen Vaqan Kerobyan onları orduda necə aldatdıqlarını danışıb. O bildirib ki, ictimaiyyət müxtəlif təbliğatlar vasitəsilə ordunun döyüşdə üstün olduğunu düşünürdü:
“Bizə, ordumuzun çox güclü, çox böyük olması və situasiyalar barədə çoxlu nağıllar danışırdılar. Biz hər şey edə bilərik deyirdilər. Ancaq, real vəziyyət barədə həqiqi məlumatlar verilmirdi. Biz indi layiq olduğumuz halla üzləşmişik”.

DİGƏR XƏBƏRLƏR

Top