Rusiya ABŞ-ın sanksiyalarına “ördək”lə cavab verdi

Rusiyanın Böyük Britaniyadakı səfirliyi ABŞ hakimiyyətinin Vaşinqton və San-Fransiskodan 35 rusiyalı diplomatın ölkədən çıxarılmasına cavab olaraq “Tvitter”də “axsaq ördək” rəsmini paylaşıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, səfirlik rəsmə aşağıdakı şərhi verib: “Prezident Obama 35 diplomatı çıxardır. Bu, soyuq müharibəyə qayıdışdır. Amerika xalqı daxil olmaqla hamı bacarıqsız administrasiyanın gedişinə sevinəcək”. “Axsaq ördək” vəzifəsini tərk etməyə hazırlaşan prezidentə qarşı işlədilən qeyri-rəsmi termindir. Qeyd edək ki, ABŞ ötən gün kəşfiyyat xidmətləri, bir neçə şirkət və bəzi fərdi şəxslərə qarşı antirusiya sanksiyaları tətbiq edib. Vaşinqton onları ölkədə keçirilmiş prezident seçkilərinin nəticələrinə təsir etməkdə günahlandırır.

DİGƏR XƏBƏRLƏR

Top