Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirdi - VİDEO


Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Baş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artırması yerli mətbuatın diqqətini cəlb edib. KİV bildirib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər. Akasiyalar zamanı hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıb.


Report

DİGƏR XƏBƏRLƏR

Top