Makron Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf etdi - VİDEO

Fransa Prezidenti Emmanuel Makron Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edib.
Bu barədə Paris Azərbaycan Evinin rəhbəri, Fransada Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyeva özünün “Facebook” sosial şəbəkəsində məlumat verib. 
Makron Fransanın erməni icması ilə görüşdən videonu “İnstagram” hekayəsində paylaşıb.  
M.Fətəliyevanın sözlərinə görə Fransa Prezidenti yeddi rayonun Azərbaycana aid olduğunu bildirib: “Beynəlxalq hüquqa əsasən, BMT tərəfindən Dağlıq Qarabağ və digər rayonlar Azərbaycan ərazisi kimi tanınır. Buna görə də suveren dövlətdən istək yoxdursa, bu məsələyə qarışmayın”.

 

DİGƏR XƏBƏRLƏR

Top