Putin: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”


“Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycanın ayrılmaz tərkib hissəsidir”.
Bunu Rusiya prezidenti Vladimir Putin "Rossiya 1" telekanalının efirində Dağlıq Qarabağ ərazisinin hansı ölkəyə məxsusluğu məsələsini şərh edib.
"Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımadı. Bu o deməkdir ki, beynəlxalq hüquq nöqteyi-nəzərindən Dağlıq Qarabağ və ətrafındakı rayonlar Azərbaycan Respublikası ərazisinin ayrılmaz hissəsidir", - deyə Rusiya lideri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top