Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov 3 kitabın MR gənclərinin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib. O, bu təklifi Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında səsləndirib.
V. Talıbov Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı", Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın "Naxçıvanın publisistik xəritəsi" və Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirlinin "Yaratmaq amalı" kitablarının gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıq verib.