Gürcüstanda parlament seçkilərinin ikinci turunun qalibi məlum olub


Gürcüstanda 10-cu çağırış parlament seçkilərinin ikinci turunun qalibi hakim "Gürcü Arzusu" Partiyası olub.
Gürcüstan Mərkəzi Seçki Komissiyası 17 birmandatlı dairə üzrə  ötən gün keçirilən seçkilərdə bütün dairələrdə hakim partiyanın qalib gəldiyini açıqlayıb.Bununla da ilk turda 74 mandat (61 proporsional, 13 majoritar)  əldə edən "Gürcü Arzusu" Partiyası ümumilikdə 91 deputat mandatı  qazanıb və təkbaşına hökümət formalaşdırmaq huququ əldə edib.

DİGƏR XƏBƏRLƏR

Top